“Türkiyənin vədinə əməl edəcəyinə inanırıq”

0
429

1993-cü ildə dövrün Türkiyə hökuməti Ermənistanın işğalçı siyasətinə cavab olaraq, bu ölkə ilə diplomatik əlaqələri kəsdi və sərhədi bağladı. O dövrdən bu günə kimi qardaş ölkədə hakimiyyətə gələn bütün iqtidarlar bu mövqedə qalıblar. Hazırkı iqtidar AKP hökuməti də Ermənistanın işğal etdiyi torpaqları qaytarmadığı müddətdə sərhədləri açmayacağını açıqladı. Ancaq son  bir neçə ay ərzində Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Misal olaraq, Ermənistanın Türkiyə Prezidentinin inauqurasiya mərasiminə dəvət olunmasını göstərmək olar.

Məsələ ilə bağlı qəzetimizə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə Türkiyə hökumətinin mövcud mövqeyini dəyişməyəcəyinə inandığını qeyd etdi.  Millət vəkili belə bir addımın atılacağı təqdirdə, Azərbaycan-Türkiyə münasibətlərinə böyük xələl gələcəyini vurğuladı: “Bu ümumi türk birliyinin yaradılmasının, Azərbaycan-Türkiyə qardaşlığının sonu ola bilər. Azərbaycanı itirərək Ermənistanı qazanmaq Türkiyəyə heç bir halda sərf eləmir. Ermənistan iqtisadi cəhətdən zəifdir, regionda hər hansı iqtisadi və siyasi gücə malik deyil. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxışlar etməsi bu iki ölkə arasındakı münasibətləri hələ problematik edir. Bu baxımdan sərhədlərin açılmasını, münasibətlərin istiləşməsini yaxın vaxtlarda gözləməyə dəyməz”.

Politoloq, millət vəkili Rasim Musabəyov isə Türkiyə Prezidentinin ilk  xarici səfərini Azərbaycana etməsinə diqqət çəkdi: “Bu, bütün dünyaya mesajdır ki, Türkiyə-Azərbaycan münasibətləri birinci prioritetdir.  Türkiyənin sərhədlərlə bağlı vədi var ki, işğal olunmuş torpaqlar azad edilməyənədək sərhədlər açılmayacaq. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan bu vədə əməl edəcək”.

Bir neçə gün bundan əvvəl Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirildi. Bir çox xarici dövlət rəsmiləri ilə yanaşı Ermənistan rəhbərliyi də sözügedən tədbirə dəvət edilmişdi. Türkiyə rəhbərliyinin bu addımı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Buna ən açıq narazılığını bildirənlərdən biri də millət vəkili Aydın Mirzəzadə oldu. Deputat sosial şəbəkə vasitəsilə bu dəvətə öz etirazını dilə gətirdi. Həm sözügedən dəvət, həm də bir neçə ay bundan əvvəl Türkiyənin sabiq baş nazirinin qondarma erməni soyqırımı ilə bağlı təəssüf bəyanatı yayması ağıllara bir neçə sual gətirir: Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmaq niyyətindədirmi? İki ölkə arasındakı sərhədlər açıla bilərmi?

Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrəndik. A. Mirzəzadə  bu məsələdə AKP hökumətinin Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmayanadək sərhədləri açmayaçağı vədini xatırlatdı: “Türkiyə 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq bu ölkə ilə diplomatik əlaqələri kəsdi və sərhədi bağladı. Həmin dövrdən sonra hakimiyyətdə müxtəlif hökumətlərin olmasına baxmayaraq Azərbaycana qarşı bəslənən dost münasibət saxlanmaqdadır. AKP hakimiyyəti də dəfələrlə bu məsələdə Azərbaycanın yanında olduğunu və problem həll edilməyənədək Ermənistanla sərhədləri açmayacağını elan edib. Hesab edirəm ki, bu həm Prezident Ərdoğanın, həm də AKP-nin siyasi mövqeyidir. Ona görə inanmıram ki, AKP hakimiyyəti bu mövqeyini dəyişər və Ermənistanla əlaqələrin bərpasına gedər”.  Millət vəkili belə bir addımın atılacağı təqdirdə Azərbaycanla Türkiyə münasibətlərinə böyük xələl gələcəyini vurğuladı: “Bu ümumi türk birliyinin yaradılmasının, Azərbaycan Türkiyə qardaşlığının sonu ola bilər. Azərbaycanı itirərək Ermənistanı qazanmaq Türkiyəyə heç bir halda sərf etmir. Ermənistan iqtisadi cəhətdən zəifdir, regionda hər hansı iqtisadi və siyasi gücə malik deyil. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxışlar etməsi bu iki ölkə arasındakı münasibətləri problematik edir. O baxımdan sərhədlərin açılmasını, münasibətlərin istiləşməsini yaxın vaxtlarda gözləməyə dəyməz”.

Politoloq, millət vəkili Rasim Musabəyov isə Türkiyə Prezidentinin ilk  xarici səfərini Azərbaycana etməsinə diqqət çəkdi: “Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırma planı durur. Ancaq bu o demək deyil ki, bu Azərbaycan maraqlarına zidd bir şəkildə olacaq. Düzdür Ermənistan xarici işlər naziri inauqurasiya mərasiminə çağrılıb, ancaq Türkiyənin yeni Prezidenti ilk səfərini Azərbaycana edəcək. Bu bütün dünyaya mesajdır ki, Türkiyə Azərbaycan münasibətləri birinci prioritetdir.  Türkiyənin sərhədlərlə bağlı vədi var ki, işğal olunmuş torpaqlar azad edilməyənədək sərhədlər açıqlamayacaq. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan bu vədə əməl edəcək”.

Bəylər Məcidov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here