“Türkiyənin Suriyada əsgər saxlaması beynəlxalq qanun pozuntusudur”

522

Rusiya Türkiyənin Baş Naziri Əhməd Davudoğlunun Suriyada olan Rus ordusunun “etnik təmizləmə” və IŞİD-i güclənirdiyi haqqında dediklərini qəbul etmir. Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın sözlərinə görə, bu iddialar həqiqətdən uzaqdır və yersizdir: “Türkiyə tərəfi əsli olmayan bu sözləri özləri üçün deyirlər. Ankaradan eşitdiyimiz ən son açıqlamalar artıq çarəsizlik içində qalmış düşüncəsizliyi xatırladır. Bu, Türkiyə hökümətinin həqiqi həyatdan təcrid olduğunu göstərir”.

Zaxarova, Türkiyənin İraqın Mosul vilayətinə yerləşdirilən əsgərləri haqqında da danışıb: “Türkiyənin orada əsgər saxlaması beynəlxalq qanunları pozması deməkdir. BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin reaksiyasına görə qiymətləndirilsə, Türk ordusunun hərəkətləri bəzi yaxın müttəfiqlərini belə çaşdırıb. Təbii olaraq, eyni blokda olduqlarına görə, Ankaranın beynəlxalq qanunları tapdalamasını tənqid etməkdən çəkinirlər”.

Zaxarova, mətbuat konfransında həmçinin Suriyada terrorist qrupların siyahısının yaradılması məsələsində Beynəlxalq Suriya Yardım Qrupu içində anlaşılmazlıqlar olduğunu bildirib: “Çox məyusuq ki, müxtəlif səviyyələrdə çoxlu görüşlər keçirilməsinə baxmayaraq, hələ də ciddi anlaşılmazlıqlar var. Bizə koalisiya üzvlərinin mövqelərinin bir-birinə yaxın olacağı sözü verilmişdi, amma hələ ki, söz olaraq qalır”.

Mariya Zaxarova, həm də ABŞ Xarici İşlər Naziri Con Kerrinin Moskvaya gəlməsinin də gündəmdə olduğunu deyib. Qeyd edək ki, Con Kerri iki gün əvvəlki çıxışında Ukrayna və Suriya problemlərini görüşmək üçün qarşıdakı həftə Rusiyaya getmək istədiyini demişdi.