Türkiyənin hədəfi

38

Prezident Rəcəb Tayyib Ərdoğan: “PKK, FETÖ kimi terror təşkilatları ilə mübarizə aparırıq. Ölkəmizi çevrilişlərdən və hücumlardan qoruyuruq”.

Prezident Ərdoğan Manisada Cümhuriyyət meydanına toplaşan vətəndaşlara müraciət edib.

“Son 20 ildə həyata keçirdiyimiz infrastruktur layihələri əsasında Türkiyəni siyasi və iqtisadi baxımdan dünyanın ən güclü dövlətlərindən birinə çevirmək əzmindəyik. Bunun üçün gecə-gündüz çalışırıq, mübarizə aparırıq. iki gün əvvəl Ukraynada, bir həftə əvvəl Soçidə idim. Bütün bunlar sülhə nail olmaq üçün edilir. Biz dünya sülhünün tərəfdarıyıq”, – deyə prezident Ərdoğan bildirib.

Prezident Ərdoğan bildirib ki, hökumət Türkiyənin hərtərəfli inkişafı üçün dəqiq bir plan üzərində işləyir:

“Məqsədimiz 2053-cü ildə Türkiyənin qlobal idarəçilik və iqtisadiyyat liderləri arasında yerini təmin etməkdir”.