Türkiyədə Zəfər bayramı

0
404

Türkiyədə Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd edir. Böyük zəfərin 94-cü ildönümü münasibətilə avqustun 30-da Ankarada rəsmi mərasim keçirilib. Anıtqəbirdə Fəxri qarovul düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri, siyasi partiya liderləri, ictimaiyyətin tanınmış simaları Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarinı ziyarət ediblər. Atatürkün məzarı önünə əklil qoyulub, ruhuna dualar oxunub.

Anıtqəbirin ziyarətinə insan axını davam edir.

Bayram mərasimləri gün ərzində bütün ölkədə davam edəcək.

Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr bugünkü Türkiyə Cümhuriyyətini qurublar.

Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlyıb.