Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatıb

80

Türkiyənin Kastamonu, Sinop və Bartın vilayətlərində sel fəlakəti zamanı həlak olanların sayı 27-yə çatıb. “TRT Haber” telekanalınıb məlumatına görə, məlumatı Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) yayıb. Kastamonuda 25, Sinopda 2 nəfər həlak olub. İtkin düşən bir nəfərin axtarışı davam edir.

Fəlakət bölgəsində genişmiqyaslı təxliyə işləri aparılıb. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bölgəyə ağır texnika və canlı qüvvə cəlb olunub.