Türkiyədə mediaya polis basqını dünya mətbuatında

0
575

Dünən Türkiyədə “İpək Media Qrupu”nun kanalları polis gücü ilə söndürülüb.

AKP hökuməti son aylarda bütün müxalifləri susdurmaq üçün bir çox addımlar atıb. Əvvəlcə bəzi müxalif kanallar özəl platformlardan uzaqlaşdırılıb. Dünən isə məşhur iş adamı Akın İpəkin holdinqinin tərkibində olan 24 şirkətə hökumət əl qoyulub. Holdinqin tərkibində olan “Bugün tv” və “Kanaltürk” kanallarına polis basqın edib. Dünya mediası “son dəqiqə” xəbəri kimi basqını canlı yayımlayıb. Dünya mətbuatı “İpək Media Qrupu”na edilən polis basqını ilə bağı məlumatları aşağıdakı şəkildə açıqlayıb:

“Frankfurter Allgemeine Zeitung”: “Polis İstanbulda zincir kəsici ilə bir media holdinqinin idarəsini ələ keçirdi. Kameralar qarşısında media mənsublarına bibər qazı və su ilə müdaxilə edilib”.

“Der Spiegel”: “Seçkilərə bir neçə gün qalmış dövlət qurumları müxalif medianı sıxışdırır. Mənimsənilən media orqanları müxalifətdəki siyasətçilərin tez-tez göründükləri qurumlardı”.

“Süddeutsche Zeitung”: “Polis İstanbulda hökumətə qarşı tənqidi fikirlər səsləndirən media qrupuna girdi. Basqına qarşı çıxanlara çox sərt müdaxilə edildi”.

Fransa mediası

“flaş” olaraq paylaşdı

Fransanın məşhur iki qəzeti “Le Monde” və “Le Fiqaro” “İpək Koza” qrupunun mərkəzi binasına polis gücü ilə basqını oxucuları ilə “Flaş xəbər” kimi paylaşıb. “Canlı yayında iki televiziya kanalı nəzarət altına alınıb” başlığı ilə verilən xəbərdə “Bugün TV” və “Kanaltürk”ün zəbt edilməsinin seçkilər ərəfəsində müxalifləri sıxışdırmaq kimi təqdim olunub. “Le Monde” xəbərin içində oxucularına Nedim Gürselin “Despot Ərdoğan və Türk mətbuatı” yazısını oxumalarını tövsiyə edib.

Polis gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib

“Le Monde”, polisin kameralar qarşısında qapını qıraraq girdiyini, bibər qazı və təzyiqli su istifadə etdiyini yazıb. Eyni zamanda polisin kanalın redaktorlarından birini də nəzarət altına aldığını bildirib. Tayyib Ərdoğanın keçmiş müttəfiqi olaraq bəhs etdiyi Fəthullah Gülənin “17-25 dekabr rüşvət, korrupsiya skandalı”ndan sonra bir nömrəli düşmən elan edildiyini yazan qəzet, 1 noyabr seçkiləri öncəsi mətbuat azadlığına qarşı edilən bu müdaxilənin müxalif partiyalar tərəfindən qınandığını yazıb.

“Sıra digər qəzetlərdə”

“Reuters” də basqının seçkilərə az qalmış edildiyini diqqətə çatdırıb və “İpək Media” qarşısında toplaşan insanlara təzyiqli su ilə müdaxilə edildiyini bildirib. Beynəlxalq xəbər agentliyi, AKP millət vəkili Aydın Ünalın, seçkilərdən sonra digər müxalif qəzetlərə qarşı da hüquqi tədbir görüləcəyi istiqamətdə fikirlərini oxucularına çatdırıb.