Türkiyədə Mərmərə faciəsi anılıb

61

Türkiyədə 1999-cu ilin 17 avqustunda baş verən Mərmərə zəlzələsində həyatını itirənlərin xatirəsi anılıb. Ankarada, Kocaelinin Gölçük rayonunda, Yalovada, Sakaryada və İstanbulda hadisədə həlak olanlar üçün anım mərasimləri keçirilib.

Qeyd edək ki, 22 il öncə 7,4 bal gücündə 45 saniyə davam edən zəlzələ nəticəsində Kocaeli, Sakarya, İstanbul, Düzcə və Yalovada dağıntılarda 17 480 nəfər həlak olub, 43 953 nəfər xəsarət alıb.