Türkiyədə qatar qəzası: 24 ölü, 124 yaralı

0
311

Türkiyənin Tekirdağ əyalətinin Muratlı ilə Çorlu rayonları arasında yerləşən Sarılar məhəlləsi yaxınlığında baş verən dəmiryol qəzası nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan bildirib.

Nazir deyib ki, hadisə nəticəsində yaralanan 124 nəfər xəstəxanalara yerləşdirilib və onların müalicə davam etdirilir.

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarının qəzaya uğramasının səbəbi də rəsmən açıqlanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

Xatırladaq ki, ötən gün Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü yaralanıb.