Türkiyədə bələdiyyə seçkiləri keçirilir

0
315

Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir. ÖAlkənin şərq və cənub-şərq bölgələrini əhatə edən 31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Bu vilayətlərdə səsvermə 16.00-dək davam edəcək. Digər bölgələrdə isə səsvermə saat 08.00-dan 17.00-dək davam edəcək.

Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzə təxminən 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.

Səsvermə hüququna malik vətəndaşların sayına görə 10 milyon 560 min 963 nəfərlə İstanbul ilk sıradadır. Şəhər üzrə ən çox seçicinin 556 min 619 sayla Esenyurt rayonundan olacağı gözlənilir. Türkiyənin ən az seçicisi olan bölgə isə 58 min 562 nəfərlə Bayburtdur.

Seçkilərdə 8 min 270 namizəd mübarizə aparır. Onlardan 630-u müstəqil namizədlərdir. Böyükşəhər Bələdiyyəsi sədrliyinə 71 namizədin 24-ü İstanbuldandır.

Qeyd edək ki, bu il keçirilən seçkilərdə Türkiyə vətəndaşlığı almış 54 minə yaxın suriyalı da səsvermə hüququ qazanıb.