Türkiyədə AKP 13 illik təkhakimiyyətliliyini itirdi

0
507
İyunun 7-də XXV çağırış Türkiyə Böyük Millət Məclisinə keçirilmiş seçkinin  ilk nəticələri açıqlanıb.
 Elan olunmuş nəticələrə görə, 2011-ci ildə keçirilmiş son parlament seçkisi ilə müqayisədə təxminən 9% səs itirərək 41% səs alan  Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına  hökumət qurma gücünü itirib. Hökumətin Məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 260 mandat qazanmış AKP-nin  təkbaşına hökumət qurması mümkün görünmür. Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, Prezidentin Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmək səlahiyyəti var.Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu  kimi, yenə seçkidən ikinci yerdə çıxaraq, təxminən 130 mandat qazanıb. 7 iyunda keçirilmiş seçkidə əsas fərqlənən isə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratik Partiyası (HDP) olublar. 2011-ci ildəki seçkidə Məclisə  54 millət vəkili ilə girən MHP bu dəfə təxminən 16,5% səslə 84 mandat qazanıb. Seçki xəritəsinə baxılanda MHP-nin təsirli olduğu bir çox bölgələrdə reytinqini yüksəltdiyi görünür. 7 iyunda keçirilmiş seçkinin ən önəmli hadisəsi isə 2014-cü ilin iyununda qurulan HDP-nin 11,5% səslə 10%-lik ölkə bariyerini keçməsi və təxminən 75 millət vəkili  mandatı qazanmasıdır. Belə ki, son iki seçkiyə müstəqil namizədlərlə girərək, daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü  siyasi hərəkat  ilk dəfə 10%-lik ölkə baryerini keçərək, Məclisdə 75 mandat qazana bilib.

Konstitusiyaya görə, seçkidən sonrakı mərhələdə Məclisin yeni Rəyasət Heyəti formalaşdırılacaq. Yeni sədr seçilənə qədər Məclisin ən yaşlı üzvü sədr seçkisi prosesini idarə edəcək. Məclisin spikeri seçiləndən sonra isə vəzifəni ona təhvil verəcək.

İyunun 7-də XXV çağırış Türkiyə Böyük Millət Məclisinə keçirilmiş seçkinin  ilk nəticələri açıqlanıb. Elan olunmuş nəticələrə görə, 2011-ci ildə keçirilmiş son parlament seçkisi ilə müqayisədə təxminən 9% səs itirərək 41% səs alan  Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına  çoxluq hökuməti qurma gücünü itirib.

Xatırlatmaq yerinə düşər ki, partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə keçirilən prezident seçkisində 51.7% səs alıb. Seçkinin nəticələrini Konyada öyrənən AKP sədri və baş nazir Əhməd Davudoğlu Ankaraya hərəkət etməzdən əvvəl partiyanın tərəfdarlarına müraciət edərək təşəkkürünü bildirib: “Bundan sonra da  birlikdə olacağıq, gözəl günlər bizi gözləyir. Heç kimin önündə əyilməyəcəyik. Allah sizdən razı olsun”.

Konstitusiyaya görə, baş nazir Əhməd Davudoğlu bazar ertəsi hökumətin istefa ərizəsini Prezidentə təqdim edəcək. Türkiyədə formalaşmış siyasət ənənəsinə görə, Prezident Ərdoğan növbəti hökumət qurulana qədər Əhməd Davudoğlundan baş nazir vəzifəsini icra etməsini xahiş edəcək. Siyasi təmayüllərə uyğun olaraq, Prezident Ərdoğanın yeni hökumətin qurulması səlahiyyətini Məclisin birinci partiyasının lideri olan Əhməd Davudoğluna verməsi gözlənilir. Hökumətin Məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 260 mandat qazanmış AKP-nin  təkbaşına çoxluq hökuməti qurması mümkün görünmür. Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, Prezidentin Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmə səlahiyyəti var.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu  kimi yenə seçkidən ikinci yerdə çıxaraq təxminən 130 mandat qazanıb. 7 iyunda keçirilmiş seçkidə əsas fərqlənən isə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratk Partiyası (HDP) olub. 2011-ci ildəki seçkidə Məclisə  54 millət vəkili ilə girən MHP bu dəfə təxminən 16.5% səslə 84 mandat qazanıb. Seçki xəritəsinə baxılanda MHP-nin təsirli olduğu bir çox bölgədə reytinqini yüksəltdiyi görünür. 7 iyunda keçirilmiş seçkinin ən önəmli hadisəsi isə 2014-cü ilin  iyununda qurulan HDP-nin 11.5% səslə 10%-lik ölkə bariyerini keçməsi və təxminən 75 millət vəkili  mandatı qazanmasıdır. Belə ki, son iki seçkiyə müstəqil namizədlərlə girərək daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü  siyasi hərəkat  ilk dəfə  10%-lik ölkə bariyerini keçərək Məclisdə 75 mandat qazana bilib.

MHP-nin seçki uğuruna diqqəti cəlb edən siyasi müşahidəçilər “İqtidar partiyasının dövlətin bütün imkanlarından istifadə edərək apardığı qeyri-bərabər təbliğat dönəmindən sonra CHP-nin əldə etdiyi nəticəni uğursuz saymadıqlarını” bildiriblər.

Konstitusiyaya görə, seçkidən sonrakı mərhələdə Məclisin yeni rəyasət heyəti formalaşdırılacaq. Yeni sədr seçilənə qədər Məclisin ən yaşlı üzvü sədr seçkisi prosesini idarə edəcək. Məclisin spikeri seçiləndən sonra isə vəzifəni ona təhvil verəcək.

 

Türkiyə Prezidenti seçkilərin nəticələrinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib. R. T. Ərdoğanın yazılı açıqlamasında bildirilir: “Bazar günü keçirilən seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Seçkilərdə iştirak faizinin yüksək olması əziz millətimizin iradəsinin və demokratiya ilə bağlı qərarlılığının ifadəsidir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bir yeni mərhələdə ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət kəsb etməkdədir”.

ATƏT Prezident Ərdoğanın kampaniyada iştirakını tənqid edib

ATƏT-in Türkiyədəki seçkiləri müşahidə edən missiyası ilkin rəyini açıqlayıb. Rəydə bildirilir ki, seçki kampaniyası və səsvermə prosesi əhalinin geniş iştirakı ilə keçib: “Seçicilər siyasi partiyaların geniş spektri arasından seçim ediblər, lakin parlamentə düşmək üçün 10 faizlik baryer siyasi təmsilçiliyi məhdudlaşdırır. Media azadlığı ciddi narahatlıq doğuran bir sahədir və kampaniya dövründə bəzi media qurumları və jurnalistlər iqtidar partiyasının təzyiqinə və təhdidinə məruz qalıb”. ATƏT-in qısamüddətli missiyasının koordinatoru Vilija Aleknaite Abramikiende Diyarbəkirdə baş vermiş partlayışları nəzərdə tutaraq, seçki kampaniyasının son günlərində baş verən hadisələrdən sonra insanların səsvermədə bu qədər fəal iştirakından təsirləndiyini söyləyib: “Vətəndaşların bu iştirak səviyyəsi demokratik seçkiyə olan bağlılıqlarını göstərir. Təməl haqlara ümumən riayət edilib. Lakin təəssüf ki, partiyaların binalarına hücumlar və bəzi hallarda ölümlə nəticələnən hadisələr seçkilərə kölgə salıb”.

Açıqlamada seçkilərin peşəkarlıqla hazırlandığı qeyd olunsa da, ali seçki qurumu (YSK) daha şəffaf olmağa çağırılıb. Müşahidəçilər Konstitusiyaya əsasən bitərəf qalmalı olan prezident Ərdoğanın seçki kampaniyasında iqtidar partiyasının lehinə və müxalifətin əleyhinə təbliğat aparmasını tənqid ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here