Türkiyədə 14 min il əvvələ aid daş alətlər və skelet qalıqları tapılıb

26

Türkiyənin İzmir vilayətində aparılan arxeoloji qazıntılar zamanı paleolit dövrünə aid olduğu ehtimal edilən daş alətlər və skelet qalıqları tapılıb.

Təxminən 14 min il tarixi olan tapıntı İzmirin Dikili rayonunda yerləşən bir mağarada aparılan qazıntılar zamanı aşkarlanıb.

Qazıntılar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin icazəsi ilə cari il payızın əvvəlindən başlayıb. Altı həftə davam edən qazıntı işləri Almaniyanın Arxeoloji İnstitutu ilə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsinin arxeoloji bölümünün mütəxəssisləri tərəfindən birgə həyata keçirilir.azərtac