Türkiyə şansını saxladı

0
408

Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 4 oyun keçirilib. C və D qrupunun taleyinin həll olunduğu qarşılaşmalardan ikisi 20:00-da, digər ikisi isə 23:00-da start götürüb.

İlk olaraq Ukrayna Polşa ilə, Almaniya isə Şimali İrlandiya ilə qarşılaşıb. Hər iki matç 1:0 hesabı ilə başa çatıb. Qələbə qazanan Almaniya və Polşa milliləri müvafiq olaraq 1 və 2.ci yerin sahibləri kimi növbəti mərhələyə yüksəliblər. Ukrayna sonuncu olaraq evə dönməli olub. Şimali İrlandiyanın isə ən yaxşı 3-cü kimi çıxmaq şansları davam edir.

Günün ikinci oyunları isə D qrupunda baş tutub. Xorvatiyaya məğlub olan İspaniya millisi qrup liderliyini əlindən verib. Türkiyə isə Çexiyanı 2:0 hesabı ilə məğlub edərək çexləri evə yollayıb. Fatih Terimin yetirmələrinin şansları isə davam edir. Bunun üçün digər qruplardakı nəticələr nəzərə alınacaq.