Krımın Azərbaycanlılar İcmasının üzvləri türk əsgərlərinin xatirəsinə Sevastopolda ucaldılmış abidəni ziyarət ediblər.
Bu barədə AzərTAc-a Krımın Azərbaycanlılar İcmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.
Sevastopoldakı monument Krım müharibəsi dövründə (1853-1856-cı illər) həlak olmuş Osmanlı İmperiyası əsgərlərinin xatirəsinə ehtiram əlaməti kimi ucaldılıb. Krımda yaşayan azərbaycanlılar abidənin önünə tər-çiçəklər qoymuş,
http://mediafocusuk.com/fzk/caverta-100-mg-from-the-uk.php too product not replacement.
həlak olanların ruhuna dualar oxuyublar.
Rəhim Hümbətov deyib: “Türkiyə buradan uzaq olsa da, biz – azərbaycanlılar buradayıq. Biz həlak olmuş türk qardaşlarımızın şərəfinə ucaldılmış bu abidəni müntəzəm ziyarət edəcəyik, abidə önünə tər-çiçəklər qoyulması mərasimi ənənəyə çevriləcək”.
Xatırladaq ki, Sevastopol şəhərində bu memorialın ucaldılması Türkiyənin vəsaiti hesabına həyata keçirilib. Memoriala asfalt yol çəkilib, ətraf ərazi abadlaşdırılıb.