Türkiyə Amerika məhsullarının idxal rüsumlarını qaldırıb

346

ABŞ-ın sanksiyalarına cavab olaraq Amerika məhsullarının idxal rüsumlarını qaldırıb. Prezident Rəcəb Tayyib Ərdoğanın bu barədə fərmanı “Resmi Gazete” nəşrində dərc olunub.

Sənədə əsasən, Birləşmiş Ştatlardan idxal olunan tütün məmulatlarının rüsumu 60%, spirt məhsullarının rüsumu 140%, avtomobillərin rüsumu 120%, kosmetika məmulatlarının rüsumu 60%-dək, düyü 50%, meyvə isə 20% qaldırılıb. Rüsumlar bir sıra digər Amerika məhsullarında da qaldırılıb.