Türk şirkəti Qazaxıstanda unikal muzey inşa edib

572
Qazaxıstanda Orta Asiyada və Cənubi Asiyada analoqu olmayan unikal Qazaxıstan Milli Muzeyinin inşası nəzərdə tutulan vaxtdan 7 ay əvvəl başa çatdırılıb. 
Dünya mədəniyyət irsi xəzinəsinə unikal muzey və qeyri-adi memarlıq abidəsi kimi düşəcək bu nəhəng obyekti inşa edən “Türküaz” İnşaat Qrupları Kompaniyasının prezidenti Zəki Pilgə: “Biz bu nəhəng və unikal obyekti Qazaxıstanın müstəqillik günündə təhvil verməyi planlaşdırmışdıq Amma vədimizə vaxtından əvvəl əməl etdik. Bu unikal obyektin tikintisi olduqca məsuliyyətli, eyni zamanda şərəfli bir vəzifə idi. Şadam ki, dünya mədəniyyət irsi xəzinəsinə belə bir qeyri-adi unikal memarlıq abidəsinin daxil olmasına öz töhfəmizi verə bilmişik”,-deyib.

Yeri gəlmişkən, onu da deyək ki, “Turkuaz Construction” İnşaat Kompaniyası 1992-ci ildə Qazaxıstanda fəaliyyətə başlayıb və özünü etibarlı tərəfdaş kimi göstərə bilib. Bu günə kimi kompaniya tərəfindən Qazaxıstanda onlarla müxtəlif təyinatlı binalar inşa edilib. Qazaxıstan Milli Muzeyinin inşasına 2011-ci ildə başlanmışdı və tikintinin gedişi Prezident Nursultan Nazarbayevin xüsusi nəzarəti altında idi. Təsadüfi deyil ki, Prezident Nursultan Nazarbayev bu qeyri-adi unikal obyekti ərsəyə gətirən “Turkuaz Construction” İnşaat Kompaniyasının rəhbərliyinə özünün xüsusi təşəkkürlərini bildirərək: “Mən bu tikintinin inşa edilməsini inşaat sahəsində dünyanın tanınmış tikinti şirkətlərinə də tapşıra bilərdim. Ancaq “Turkuaz Construction”a inandım və bu gün səhv etmədiyimi aydın görürəm”,-deyib.

Onu da deyək ki “Turkuaz Construction” bundan əvvəl Almatıda nəhəng ticarət mərkəzini və ölkə paytaxtının cənubunda çoxlu sayda yaşayış binaları inşa etmişdi. Bundan əlavə, “Turkuaz Construction” Çanaqqalada I Dünya müharibəsi qurbanlarının xatirəsinə həsr edilən Çanaqqala Muzeyinin möhtəşəm binasını inşa etmişdi.

Bununla bağlı məsələyə münasibət bildirən “Turkuaz Construction”nın prezidenti Zəki Pilgə: “Qazaxıstan Milli Muzeyi Çanaqqalanın dinc, belə demək mümkünsə, sülh variantıdır. Burada Astananın inşasının başlanmasından bu günə kimi ötən dövr monitorda canlı şəkildə nümayiş etdirilir. Adama elə gəlir ki, sən də həmin an bu gözəl şəhərin tikintisində işləyir, onunla dünəndən bu günə addımlayırsan. Çox şadıq ki, bu inikal obektin inşası məhz bizə tapşırılmışdı. Bizim daha geniş planlarımız var və biz Qazaxıstanda yeni inşaat layihələrinin həyata keçirilməsində yenə də iştirak edəcəyik. Ümumiyyətlə, 22 ildir ki, Qazaxıstandayam və bura mənim doğma evimə çevrilib. Astanaya gəlincə, burada inşa edilən ultramüasir binalar və müxtəlif təyinatlı bir-birindən gözəl obyektlər onu nəinki Orta Asiyanın, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Burada yaşamaq və işləmək insana könül rahatlığı bəxş edir”,-deyib.