Türk iş adamlarının ən çox sərmayə yatırdıqları ölkə Azərbaycandır

389
Türk iş adamları ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 892 milyon dollar investisiya yatırıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur.
 Hansı ki, bu rəqəm 2013-cü ilin 10 ayında 357 milyon dollar təşkil edirdi. Türkiyə mətbuatının məlumatına görə, Azərbaycan bu dövrdə yatırılan türk investisiyalarının həcminə görə birinci yerdədir. Hollandiya isə 752 milyon dollarlıq sərmayə ilə Azərbaycanın ardından investorlar tərəfindən ən çox seçilən ölkə olub. Üçüncü yerdə isə 420 milyon dollarlıq investisiya ilə İngiltərə qərarlaşıb. Ümumiyyətlə, dünyanın iqtisadi mərkəzinə çevrilən Asiya ölkələrinə 2014-cü ilin 10 ayında 2,4 milyard dollar, Avropa ölkələrinə isə 1,9 milyard dollar investisiya qoyulub. Göstəricilərə görə, Azərbaycan zirvəyə çıxarkən, Rusiyaya bu sahədə 21 faiz geriləyib. Rusiyaya 2014-cü ilin yanvar-oktyabr aylarında yalnız 81 milyon dollarlıq sərmayə yatırılıb.