“Tülkü tülkü tümbəki” hazırlanır…

0
463
OLYMPUS DIGITAL CAMERA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tümbəki” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verəcək. Bədii rəhbəri Xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assisenti Tacəddin İmanovdur.

Səhnə əsərində Zülfiyyə Alhüseynova, İradə Rəşidova, Aygün Fətullayeva, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Eldar İmanov, Elgün Yəhyayev, Eşqin Quliyev, Yusif Dadaşov, Elnur Əliyev, Elşən Şıxəliyev, Bəhram Həsənov, Anar Səfiyev və Aydın Dəmirov iştirak edəcəklər.
Yeni tamaşa öz azyaşlı izləyicilərinə birlik, dostluq, qəhrəmanlıq kimi nəcib xüsusiyyətləri aşılayır.