Trampın reytinqi düşüb

339

ABŞ Prezidenti Donald Trampın reytinqi ən aşağı səviyyəyə düşüb. Məlumata görə, bu barədə “Gallup İnternational” ictimai rəyin araşdırılması mərkəzinin keçirdiyi sorğuda deyilir. İyunun 11-nə olan məlumata görə amerikalıların 58 faizi D. Trampın işindən narazıdır. Aprel-may aylarında bu göstərici 50-56 faiz təşkil edib.

Rəyi soruşulanların yalnız 37 faizi Ağ Ev rəhbərinə dəstək verib. Aprel-may aylarında analoji araşdırmaların nəticələrinə görə, amerikalıların 39 faizindən 42 faizə qədəri ona dəstək olub. 3,5 mindən çox adam iştirak etdiyi sorğu iyunun 5-11-də aparılıb.