Tramp Qüdsü İsrailin paytaxtı elan edəcək

485
U.S. President Donald Trump places a note in the stones of the Western Wall, Judaism's holiest prayer site, in Jerusalem's Old City May 22, 2017. REUTERS/Jonathan Ernst TPX IMAGES OF THE DAY

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcək. Bu barədə Reuters agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib. Məlumata əsəsən, buna baxmayaraq D.Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini yenidən təxirə salacaq.

 

Qeyd edək ki, Donald Tramp iyunda da səfirliyi Qüdsə köçürməyi təxirə salmışdı.