Tramp 2018-ci ildə gündə 15 yalan söyləyib

394
Republican U.S. presidential candidate Donald Trump speaks during a campaign rally at the Treasure Island Hotel & Casino in Las Vegas, Nevada June 18, 2016. REUTERS/David Becker - RTX2GYKG

“Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampın 2018-ci ildə verdiyi bəyanatlarının 5611-nin səhv və ya yanıldıcı informasiya ehtiva etdiyini irəli sürüb. Bu isə gündə təxminən 15 yalan deməkdir.

Qəzetin iddiası Trampın bütün dediklərini hər gün izləyərək yoxlamağa çalışan bir xidmətin araşdırmasına əsaslanır. Araşdırmaya görə, Tramp 2017-ci ildə ümumi olaraq 1989 dəfə səhv bilgi verib və ya əsassız iddialar edib. Ötən il isə bu rəqəm 3 qat artıq olub.

Qəzet həmçinin bildirib ki, Tramp 22 oktyabrda Texas senatoru Ted Kruz ilə Texasa səyahəti zamanı bir gündə 83 dəfə “gerçəkləri təhrif edərək” rekord vurub.

“Mümkün olduqca düzünü deyirəm”

“Independent” qəzeti isə diqqəti Trampın tez-tez ABŞ mediasının “saxta xəbər” verməkdə günahlandırmasına və həmişə düzün tərəfində olmasının mesajını verməyə çalışdığına çəkir.

Tramp 2018-ci ilin əvvəlində “ABC News”un onun tez-tez düzlükdən uzaqlaşması barədə iddiasına “Həmişə gerçəkləri demək istəyirəm, bunu etməyə çalışıram. Mümkün olduqca düzünü deyirəm” deyə cavab verib.

Sentyabr ayında BMT-nin Baş Assambleyasında çıxışı zamanı Trampın “Mənim idarəetməm ölkəmizin tarixində hardasa bütün hökümətlərdən daha çox şey bacarıb” sözləri qəhqəhələrlə qarşılanmışdı. O, “Bu reaksiyanı gözləmirdim, amma əhəmiyyətli deyil” demişdi.

NBC kanalı Trampın iyunda Ağ Evin Gül Bağçasındakı nitqi zamanı “Tarixi miqyasda böyük bir iqtisadi uğur əldə etdik” sözlərini misal gətirib.

Kanala görə, 20 yanvar 2017-ci ildə Tramp vəzifəyə başlayanda iqtisadi vəziyyət heç də pis olmayıb, əksinə o, iqtisadiyyata önəmli bir yenilik gətirməyib.

Tramp “Obamanın evinin ətrafında 3 metrlik divar var” dedi, qonşuları təkzib etdi

ABŞ prezidenti 31 dekabrda Meksika sərhədinə divar hörülməsi müzakirəsində sələfi Barak Obamanın Vaşinqtondakı evinin ətrafına 3 metrlik divar hördüyünü iddia edərək “Bunun təhlükəsizlikləri üçün gərəkli olması ilə razıyam. ABŞ-ın da təhlükəsizliyi üçün bunun bir az daha uzununa ehtiyac var” deyib.

Lakin Obamanın qonşuları keçmiş prezidentin evinin ətrafında divar olmadığını və mənzilin küçədən açıq-aşkar göründüyünü deyiblər. Obamanın bir qonşusu deyib ki, “Trampın çox aktiv bir xəyal gücü var”. (BBC)