TQDK imtahanlarının nəticələrini açıqlayıb

0
498
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının nəticələrini açıqlayıb. IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib.
 İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən “2”, 50.50 faizi “3”, 31.87 faizi riyaziyyatdan “2”, 39.45 faizi “3” alıb.

Şagirdlərin 15.74 faizi Ana dilindən, 16.93 faizi Riyaziyyatdan “4”, 6.92 faizi Ana dilindən, 11.74 faizi Riyaziyyatdan “5” alıb.

XI sinifdə şagirdlərin 22.14 faizi Ana dilindən, riyaziyyatdan 26.87 faizi “2” alıb.

Qeyd edək ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here