Toyda xoşagəlməz hadisə

0
352

Mingəçevirdə toyda yeyib-içən 10 nəfərdə mədə pozuğunluğu baş verib. Hadisə Mingəçevirdə yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Bir masada əyləşən qohumlar qız evində hazırlanan soyuq qəlyanaltılar qəbul etdikdən sonra onlarda narahatlıq yaranıb. Nəticədə qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 3 kişi və 7 qadın Mingəçevir xəstəxanasına çatdırılıb. Şadlıq sarayının administratoru  Sabit Nərimanov telefonla bizə məlumat verərək bildirib ki, obyekt arendada olub. Yeməklər toy sahibləri tərəfindən hazırlanıb.

Hadisə ilə bağlı Mingəçevir GEM-in direktoru Əbil Ağayev şadlıq sarayındakı yeməklərdən və xəstələrdən analiz götürülüb paytaxta laborator analizə göndərildiyini bildirib. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra məlumat olacaq.

Esmira Hidayətova, Mingəçevir