“Topaz Premyer Liqasında oynamaq hər oğulun işi deyil”

0
519

 

Peşəkar karyerasına 1998-ci ildə Qusarın “Şahdağ” komandasında başlayan Ramal Hüseynov 2000-ci ildə Bakının “Şəfa” klubuna transfer olundu. “Şəfa”da sərgilədiyi futbolla çoxlarının rəğbətini qazanan Hüseynov, 2003-cü ilə kimi bu klubun şərəfini qorudu. Həmin illərdə 21 yaşa qədər Azərbaycan millisinin futbolçusu olan Ramal 2001-ci ildə əsas yığmaya dəvət aldı. İqor Panamaryovun başçılığı altında millidə debüt edən Ramalın, hələ 17 yaşı var idi. 2003-cü ildə əsəgərlik yaşı çatan Hüseynov Bakının MOİK komandasına transfer oldu. Bundan sonra o, sırasıyla “Turan”, “Qarabağ”, “Bakı”, “Neftçi”, “Standart”, “Gəncə”, yenidən “Turan” və “Qaradağ Lökbatan” klublarında çıxış edib. Karyerası ərzində legionerlik həyatı yaşmağa imkan tapan Hüseynov, Türkiyənin “Kocaelispor” klubunun formasını geyinib. Ümumiyyətlə 17 illik peşəkar karyerası ərzində Ramal Hüseynovun ən böyük nəaliyyətini “Bakı” komandasında oynayarkən qazandı. Belə ki, Ramal Hüseynov 2008-2009 mövsümündə “Bakı” klubu ilə Azərbaycan çempionu oldu. Təcrübəli yarımmüdafiəçinin sonuncu klubu Naxçıvanın “Araz Naxçıvan” komandası olub. Əsgər Abdullayevin baş məşqçilik etdiyi komanda, Topaz Premyer Liqada iştirakını dayandırdıqdan sonra bir neçə futbolçu özünə yeni klub tapdı. Ramal Hüseynovun hazırda hansı komandaya trasfer olduğunu və gələcək planlarını öyrənmək üçün təcrübəli yarımmüdafiəçi ilə əlaqə saxladıq.

 

 

– 2014-cü ilin yay ayında “Araz Naxçıvan” komandası ilə bir illik müqavilə bağladın. Ancaq müqavilənin sonuna kimi bu klubda oynaya bilmədin. Bu komandanın üzvü kimi, “Araz Naxçıvan”nın Topaz Premyer Liqasından imtinasının əsas səbəbi nə idi?

– Bu haqda klub rəhbərliyi özü də açıqlama verib. Mən də bir futbolçu kimi rəhbərliyin dediyi sözü təkrar edirəm ki, həqiqətəndə Topaz Premyer Liqasının hakimləri bizə qarşı çox qərəzli hərəkət ediblər. Olmayan faulları bizə verirdilər, bir sözlə hakim səhvləri bizim oyunlarda nədənsə çox olurdu. Hakimlərin “Araz Naxçıvan”a qarşı etdiyi qərəzli hərəkətlərin hamısı kameraların yaddaşında var. Qəbələdə heçnədən qapımıza onbir metrilik cərimə zərbəsi təyin olundu, daha sonra “Sumqayıt”la səfər oyununda da hakimlər bizi sıxışdırdılar. Hakimlər bizim yalnıca iki oyunumuzu adam kimi idarə ediblər. “İnter”lə ev oyunumuz və “Qarabağ”la səfər matçında hakimlər tərəfindən normal idarəçilik oldu. “Araz Naxçıvan” komandasının Topaz Premyer Liqasında oynadığı digər bütün qarşılaşmalarda isə qərəzli və yaxud qərəzsiz hakim səhvləri oldu. Sanki hakimlər “Araz Naxçıvan” klubun Premyer Liqada oynamasını istəmirdilər. Sonda istəklərinə nail oldular.

– “Araz Naxçıvan”dan ayrılandan sonra hanısa komanda ilə anlaşmısan?

– Bəli mən “Qaradağ Lökbatan” komandası ilə bir illik müqavilə bağlamışam. Lökbatan komandasının prezidenti Tahir Mustafayev ilə gözəl münasibətlərim var. O, məni yenidən öz komandasına dəvət etdi. “Araz Naxçıvan”dan ayrılandan sonra “Qaradağ Lökbatan” komandasının düşərgəsinə qoşuldum. Hazırda burada məşqlərimi davam etdirirəm. “Qaradağ Lökbatan”la birlikdə ikinci dövrəyə hazırlaşıram. Bu komandayla birlikdə Topaz Premyer Liqasına vəsiqə qazanmaq istəyirəm.

– Ramal sənə başqa klublardan dəvət gəlmişdimi?

– Bəli həm yerli həm də Türkiyə birinci liqasında çıxış edən klublardan təkliflər almışdım. Bunu  məni öz “Qaradağ Lökbatan” komandasının prezidenti Tahir Mustafayev də bilirdi. Amma mən o təkliflərə önəm vermədim, “Qaradağ Lökbatan”a kömək etmək üçün bu komandada qaldım.

– Sən keçən il “Qaradağ Lökbatan”da çıxış edərkən baş məşqçiniz Adil Muradov idi. İndi isə komandanın sükanı arxasına Əfqan Talıbov gətirilib. Təcrübəli Əfqan Talıbov haqqında düşüncülərivi bilmək istərdik?

– İlk öncə Adil Mahmudov haqqında danışmaq istəyirəm. Adil müəllim bir neçə il “Qaradağ Lökbatan” üçün çalışdı və sizə deyərdim ki, bu mütəxəsis komanda üçün əlindən gələni əsrgəmədi. Adil müəllimin gördüyü iş göz qabağındadır. Mən deyərdim ki Adil Mahmudov çox böyük məşqçi idi. Zənnimcə birinci dəstədə  ondan güclü məşqçi yox idi. Adil müəllim çox rahatlıqla Topaz Premyer Liqasında məşqçilik edə bilər. O ki, qaldı Əfqan Talıbova bu təcrübəli məşqçini bütün Azərbaycan tanıyır. Mən özüm də onun məşqçilik işini bəyənirəm. Ümid edirəm ki, Əfqan müəllim “Qaradağ Lökbatan” komandasıyla uğurlarının davamını gətirəcəkdir.

– Ramal artıq yaşın 30-u keçib, necə düşünürsən bundan sonra daha neçə il futbol oynamağa gücün çatacaq?

– Belə baxıram Azərbaycan futboluna və fikirləşirəm ki, hələ çox oynayacam. Belə eşitmişəm ki, gələn ildən Topaz Premyer Liqasında legioner limiti aradan qalxacaq. Bu hal futbolun inkişafına yarıyır. Amma leginer də və legioner. Gedib yoldan keçəni gətrirlər ki gəl oyna. Legioner yerli futbolçudan əz az iki baş üstün oyun sərgiləməlidi. Gəlin çempionatımıza baxaq, bu qədər legioner var,  ancaq onlardan neçəsi yerlilərdən üstün futbol oynayır? Eləsi var ki, üstün oynmaq bir yana qalsın heç normal futbol oynaya bilmir. Ölkəmizə gələn əcnəbi futbolçular elə bilir ki, burada oyanamaq asandır. Ancaq mən sizi inandırım Topaz Premyer Liqasında oynamaq hər oğulun işi deyil. “Qəbələ” və “Bakı” klublarında futbol oynamış Asen Nikolov kimi səviyyəli əcnəbilər indi nədəsə Azərbaycana gəlmirlər. İndi ölkəmizə gələn yeni futbolçuları yalnız  pul düşündürür.

– Ramal Hüseynov futbolçu karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacaq? Futbolda qalıb məşqçilik edəcəksənmi?

– Sizə konkret deyim mən karyeramı bitirdikdən sonra futboldan uzaqlaşacam. Məşqçi kimi işləmək fikrim də yoxdur. Mən Azərbaycan futbolunda çox haqsızlıqlar görmüşəm, bunları görən yerli futbolda işləyə bilməz. Baxın, Azərbaycan milli yığma komandasına Karlos Alberto Torres kimi səviyyəli neçə-neçə baş məşqçi gəldi. Amma bizim futbolda nə dəyişdi? Özüm cavab verirəm ki, futbolumuz yerində saymağa davam etdi. 2001-2002-ci illərdə Azərbaycanda daha yaxşı futbolçular var idi nə inki indi. Amma o vaxt pul yox idi. İndi isə tərsinə olub pul var amma futbolçu yoxdu.

– 17 ilə yaxındır ki, peşəkar futbol ilə məşğulsan. Sən uzun illərdir Azərbaycan çempionatında top qovursan. Bu illər ərzində bizim çempionatda nə dəyişib?

– 17 il ərzində Azərbaycan çempionatında yalnıca pul dəyişilib. Səviyyə baxımından daha da aşağı düşmüşük. Baxın indi Fərrux İsmayılov, Samir Əliyev, Zaur Tağızadə kimi futbolçu Azərbaycanda tapmaq mümükün deyil. Bu faktın özü ölkəmizdəki futbolun yerində addımladığını isbat edir. Bu illər ərzində dəyişən yalnızca futbolçuların aldıqları məvacib oldu. Premyer Liqamızda pul çoxalandan sonra futbol itdi. İndi hər kəs bir yol tapıb Premyer Liqaya gəlir ki, pul qazansın. Bu hal nəvaxta kimi davam edəcəksə, bizim futbol o vaxta kimi olmayacaq. Mən hər zaman sözün düzünü demişəm ona görə də məni sevmirlər. Amma kiminsə məni sevməyini heç mən özümdə istəmirəm.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here