Topalov liderliyini davam etdirir

0
357

Aprelin 23-də Şəmkirdə V Vüqar Həşimov Memorialında beşinci turun görüşləri keçirilib.

Bu turda norveçli dünya çempionu Maqnus Karlsen Polşa təmsilçisi Radoslav Voytaşekə, Bolqarıstan şahmatçısı Veselin Topalov isə çexiyalı David Navaraya qalib gəlib.

Turun digər partiyalarında Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri ilə, Teymur Rəcəbov Çin idmançısı Dinq Lirenlə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.

Hesabında 3,5 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen 3 xalla ikinci yerdə qərarlaşıb. T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin 2,5 xalla 3-7-ci, Ş.Məmmədyarov, D.Navara və R.Voytaşek isə 2 xalla 8-10-cu pilləni bölüşürlər.

Shamkir Chess 2018
4-cü tur

23 aprel

Dinq Liren (Çin) – Teymur Rəcəbov (Azərbaycan) – 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Aniş Giri (Hollandiya) – 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan) – Sergey Karyakin (Rusiya) – 0.5:0.5

Maqnus Karlsen (Norveç) – Radoslav Voytaşek (Polşa) – 1:0

David Navara (Çexiya) – Veselin Topalov (Bolqarıstan) – 0:1

Turnir cədvəli: Veselin Topalov – 3,5. Maqnus Karlsen – 3,0. Dinq Liren, Teymur Rəcəbov, Aniş Giri, Rauf Məmmədov, Sergey Karyakin – 2,5. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, David Navara – 2,0.