“Tokio-2020″nin ilk qızıl medalını Çin idmançısı qazandı

54

“Tokio-2020” Yay Olimpiya Oyunlarının ilk qızıl medalını Çin idmançısı qazanıb.

Qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çinli Qian Yang 251,8 xalla bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub.

Beynəlxalq Olimpiya Komitəsinin komandasının üzvü, rusiyalı Anastasiya Qalaşina gümüş, İsveçrə atıcısı Nina Kristen isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Q.Yang bu nəticə ilə yeni Olimpiya rekordu müəyyənləşdirib.