“Tokio-2020″də bayraqdarımız Rüstəm Orucov olacaq

43

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 25-də təşkil olunan tədbirdə deyib.

Vitse-prezident bildirib ki, Olimpiya Oyunlarında milli komandanın bayrağını daşımaq şərəfi cüdoçu Rüstəm Orucova həvalə olunub. “Tokio-2020″nin açılış mərasimində üçrəngli bayrağımızı Rüstəm Orucov daşıyacaq.