
ABŞ-ın Texas ştatında həyatı iflic edən “Xarvi” qasırğasının ölkə iqtisadiyyatına vurduğu ziyanın miqdarı gündən-günə artır. Ziyanın 100 milyard dollara çatacağı ehtimal edilir. Neft emalı zavodlarının fəaliyyətini bir müddət dayandırması gündəlik istehsal gücünün 2,2 milyon barel azalmasına səbəb olub. Ekspertlər qeyd edirlər ki, neft emalı zavodlarının müvəqqəti olaraq bağlanması enerji qiymətlərinin qısa müddətdə qalxmasına səbəb ola bilər.
Qasırğa ilə əlaqədar dünəndən etibarən 1400-dən çox uçuş ləğv edilib.