“Yaxalanmış terrorçu Yeni il gecəsi “Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşıdır”. Bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib. V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədi qanunsuz keçərək daxil olub: “O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”. Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb. apa
Son xəbərlər
Su resurslarından istifadə sahəsində yeni yanaşma olmalıdır
Hazırda dünya üzrə su təchizatı ilə bağlı statistika heç də xoşagələn deyil. Bu da son illər baş verən iqlim dəyişiklikləri və onun canlı aləmə...