Telman Hacıyevin yubileyi keçiriləcək

318

Martın 14-də Əməkdar incəsənət xadimi, dəfələrlə beynəlxalq musiqi müsabiqələri laueratı, istedadlı fleytaçı, filosof, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri Telman Hacıyevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında keçiriləcək tədbirdə Arif Məlikov, Fərhad Bədəlbəyli kimi sənət adamları Telman Hacıyevlə bağlı xatirələrini bölüşəcəklər. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Zemfira Qafarova isə bu musiqiçinin həyat və fəaliyyətindən ətraflı söz açacaq. Telman Hacıyevın saytımıza verdiyi məlumat görə, yubiley gecəsində dünyanın, o cümlədən Azərbaycanın tanınmış musiqiçilərinin əsərləri səsləndiriləcək.