Tarixi şəxsiyyətlər haqqında gerçəklər

1317

Müxtəlif ölkələrin tarixi şəxsiyyətləri təkcə öz dövlətlərinin deyil, eyni zamanda dünya tarixinin dəyişməsində mühüm rol oynayıblar. İstər elmi, istər siyasi, istərsə də ədəbi fəaliyyəti ilə bir çox nailiyyətlərə imza atan bu şəxsiyyətlər haqqında maraqlı məlumatlar yayılıb. Bu yazımızda həmin məşhurlar haqqında bir çoxlarının bilmədiyi maraqlı məlumatlar yer alıb.

 

Napoleon Bonapart: Fransanın məşhur imperatoru Napoleon Bonapart əslində İtalyan mənşəli bir ailədən gəlib. Hətta özünün şəxsən italyan olduğuna və uşaqlığında fransızlara nifrət etdiyinə dair də müxtəlif iddialar var. Buna əsas səbəb kimi imperatorun Korsika adasında dünyaya gəlməsi və doğulduğu il adanın italyanlardan fransızlara  keçməsi göstərilir.

 

İsaak Nyuton: Məşhur ingilis elm adamı İsaak Nyuton öldükdən sonra onun xüsusi qeydləri arasında kimya, astronomiya və başqa gizli elmlər haqqında yazılmış minlərlə yazısı tapılıb.

 

Qustav Eyfel: Fransanın simvolu olan “Eyfel qülləsi”ni hazırlayan fransız memar Qustav Eyfel eyni zamanda ABŞ-ın simvolu olan məşhur “Azadlıq heykəli”nin də layihəsini hazırlayıb.

 

Dassin qardaşları: Dünyanın ən məşhur idman markalarından olan “Adidas” və “Puma” II. Dünya müharibəsi illərinin əvvəllərində eyni ayaqqabı atelyesini işlədiblər. Lakin döyüşdən sonra bir-birindən küsüb yollarını ayıran iki qardaş fərqli atelyelər quraraq, bir-biriləri ilə rəqabət aparıblar. Qardaşlardan Adolf  Dassin “Adidas” markası adı altında yoluna davam edib, böyük qardaşı Rudolf Dassin isə “Puma” markalı firmasını qurub. Məlumat üçün bildirək ki, hər ikisinin də mərkəzi Almaniyadadır.

 

Lüdviq van Bethoven: Alman musiqisinin ən böyük dahilərindən olan Lüdviq van Bethovenin eşitmə qüsurlu olması ilə bağlı müxtəlif iddialar mövcuddur. Onun həm eşitmə qüsurlu, həm davranış pozuqluğu, həm də ölümünə səbəb kimi “glass armonika” adlanan musiqi aləti göstərilir. Ancaq hər kəs tərəfindən onun “çaydakl” balıqdan zəhərlənərək öldüyü bilinir. Halbuki Bethoven xəstələnməzdən əvvəl uzun müddət sözügedən musiqi aləti ilə çox təmasda olub. Mütəxəssislərin sağlamlıq baxımından təhlükəli hesab etdiyi bu alət qurğuşunlu şüşədən hazırlanıb.

İnsanların dəli olmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilib və alətin istehsalında qurğuşunlu şüşənin əvəzinə, kristal şüşədən istifadə edilməyə başlanılıb.

 

Cakomo Cirolamo Kazanova: XVIII əsrdə macərapərəstliyi və dələduzluğu ilə məşhur olan, siyasətdən fəlsəfəyə, casusluqdan sehrbazlığa qədər əlindən hər iş gələn və adı günümüzə qədər miras qalan Kazanova həyatının son illərini sevilmədiyi bir qalada kitabxanaçı olaraq keçirib və səssiz-sədasız həyata vida edib.

 

Kleopatra: Antik Misirin məşhur kraliçası olan Kleopatra doqquz dildə danışmağı bacarıb.

 

Elvis Presli: “Rok-n-rollun kralı” kimi tanınan Elvis Presli hələ məktəb illərindən saçlarını tünd rəngə boyayıb. Müğənninin saçı isə əslində sarı rəngdə olub.

 

Albert Eynşteyn: İddialara görə, məşhur fizik Albert Eynşteynə həmin dövrdə İsrailin Baş Naziri tərəfindən prezidentlik kreslosu təklif edilib. Lakin bu təklif Eynşteyn tərəfindən rədd edilib.

 

Kennedi, Luis, Haksli üçbucağı: ABŞ-ın məşhur liderlərindən və sui-qəsdin qurbanı olan Con Kennedi,  “Narnia gündəlikləri” kitabı ilə ədəbiyyata damğasını vuran irlandiyalı yazıçı Klive Stapliş Luis və “Cəsur yeni dünya” adlı çoxcildli kitabın müəllifi  ingilis yazıçı Oldos Haksli eyni gündə, 1963-cü il noyabrın 22-də  vəfat ediblər.

 

Matias Buçinger: XIX əsrdə “Nurembergili Kiçik Adam” olaraq tanınan Matias Buçinger adlı şəxs dörd musiqi alətini qüsursuz çala bilib və bu gün belə kimsənin açıqlaya bilmədiyi bir sehrbazlıq nömrələrinin sahibidir. “Nə var bunda” deməyin! Xəttatlıq qabiliyyətinə sahib olan Buçingerin qolları və beldən aşağı hissəsi olmayıb. Boyu isə, sadəcə, 73 santimetr olub.
Arthur Konan Doyl:  Dünyaca məşhur dedektiv Şerlok Holms xarakterinin müəllifi ingilis yazıçısı Arthur Konan Doyl əslində göz həkimi olub.

Mahatma Qandi: Hindistan Müstəqillik Hərəkatının siyasi və ruhani lideri olan Mahatma Qandinin ilk müstəqillik hərəkatı Hindistanda deyil, Cənubi Afrikada başlayıb. Qandi ilk olaraq, Cənubi Afrikada yaşayan hindlilərin vətəndaşlıq hüquqları üçün mübarizə aparıb.

Burada işlədiyi illərdə “ağdərili” olmayan irqlərə qarşı edilən ayrıseçkiliyə bir hindli olaraq, o da öz sözünü deyib. Qandi bir qatar səfəri əsnasında əlində birinci yer bileti olsa da, üçüncü yerə keçmədiyi üçün qatardan atılmışdı. Bu kimi hadisələr onun həyatının siyasi baxımdan dönüş nöqtəsi olub.

Corc Vaşinqton: ABŞ-ın sabiq prezidenti Corc Vaşinqtonun hakimiyyəti dövründə onun doğum günü bütün ölkədə tətil günü hesab edilirdi.

Tom Fuller: XVIII əsrdə ABŞ-da yaşayan Tom Fuller adlı zənci bir kölə istənilən bir vaxtda neçə saniyənin olduğunu çox qısa müddətdə hesablaya bilib. Oxuma-yazma savadı olmayan  kölə bir dəfə yetmiş ildə neçə saniyə olduğunu yarım dəqiqədən az bir müddətdə hasablayıb.

Volfqanq Amadey Motsart: Böyük musiqi sənətkarlarından biri olan Volfqanq Amadey Motsartın məzarı hələ də tam məlum deyil. Böyük sənətkarın məzarının Vyanada “St. Marks” qəbiristanlığında olduğu bilinsə də, məzarını müəyyən edəcək hər hansı bir işarə olmadığından hansı məzarın ona aid olduğu məlum deyil. Qəbiristanlıqda onun adına simvolik bir abidə ucaldılıb.

Aleksandr Borodi: Dünya tərəfindən tanınan məşhur rus bəstəkarı Aleksandr Borodinin əsl peşəsi kimya professoru olub. Məhşur bəstəkar ömrünün sonuna qədər hər iki peşəsini icra edib.

 

Leonardo da Vinçi: İncəsənət və elm sahəsindəki işləri ilə tanınan Leonardo da Vinçi vegetariyan olub və daima heyvan haqlarıni müdafiə edib. O, qəfəsdə satılan quşları sərbəst buraxmaq üçün satın alıb.

 

Pablo Pikasso: Məşhur rəssam Pablo Pikassonun dil açarkən söylədiyi ilk kəlmə ispan dilində “qələm” kəlməsi olub.

Persi Spenser: Amerikalı mühəndis Persi Spenser bir müdafiə şirkətində işlədiyi zaman elektrik enerjisini bir arada toplayan yeni bir sistem üzərində çalışıb. Bu zaman cibindəki şokoladın istidən əridiyini görən mühəndis bu hadisədən sonra mikrodalğalı sobanı ixtira etmək qərarına gəlib.