TARİXİ NƏHƏNGlƏR

632
İnsanlıq tarixinin ən uzun boylu insanı Robert Persinq adlı şəxs sayılır. 
O, bu ünvanla Ginnesin Rekordlar kitabına adını yazdırmağı bacarıb. İngiltərədə dünyaya gələn Robert normal uşaq olub. Lakin 6 aylıq olanda o artıq diqqətləri öz üzərinə çəkməyə başlayıb. Belə ki, onun çəkisi 6 aylığında 11 kq, 18 aylığnda isə 23 kq olub. Çox sürətlə böyüyən Robertin artıq 8 yaşında boyu 1,87 sm-ə, çəkisi isə 72 kq-a çatıb. Bütün həyatını İngiltərənin Alton adlanan bölgəsində keçirən Robert ailəsinin heç bir üzvündə sözgedən xəstəliyə rast gəlinməyib13 yaşında 2,18 sm-lik boyu ilə digər uşaqlardan olduqca fərqli bir görünüşü olan Robert başqalarından fərqlənməməyə çalışıb. Əskinaslara böyük maraq göstərən Robert eyni zamanda şəkil çəkməyi də çox sevib. 18 yaşında boyu 2,53 sm olan R.Persinq üçün artıq geyim problem olmağa başlayıb. O, bir cüt ayaqqabı üçün təxminən 100 dollar ödəməli olub. Bu vəziyyəti görən bir ayaqqabı firması Robertin ayaqqabılarını pulsuz hazırlamağa başlayıb.1920-ci illərdə tibdə hormonal balansın pozulması sahəsində hələ də lazımı qədər irəliləyiş olmadığından Robertin bu vəziyyətinə hər hansı bir müdaxilə olunmayıb. Kübar nəhəng olaraq xatırlanan Robert 1937- ci ildə boyu ilə dünyanın ən uzun boylu insanı adına sahib olub. Robert Persinq 1940-cı ildə ayağında əmələ gələn infeksiya nəticəsində həyatını itirib. Dünyasını dəyişəndə boyu 2,72 sm, çəkisi isə 182 kq olub. Robertin dəfni zamanı Altonda bütün mağazalar bağlanıb. Onun xatirəsinə açılan dəftərə 40 mindən çox insan imza atıb. Məzar daşına isə sadəcə “dincəlir” yazılıb.Robertin ölümündən sonra ailəsi onun əcaib bir varlıq olaraq xatırlanmaması və əşyalarının sərgilənməməsi üçün ona aid olan hər şeyi məhv edib. 

– Türkiyə basketbolunun “bambam” ləqəbi ilə tanınan oyunçusu Xəlil İbrahim Kuzucu 2,28 sm-lik boyu ilə ölkənin ən uzun insanı olub. Televiziya verilişləri ilə də xalqın sevgisini qazanan basketbolçu 2007-ci ildə 45 yaşında vəfat edib.

– 1868-1905-ci illərdə ABŞ-da yaşayan Con Uilliam Roqan 2,68 sm-lik boyu ilə tarixin ən uzun ikinci insanı sayılır Əlləri 27 sm, ayaqları isə 33 sm olan Roqan nə ayaq üstə dayana, nə də yeriyə bilib. Dünyasını dəyişdikdən sonra cəsədinin həkimlər tərəfindən tədqiq olunmaması üçün ailəsi onu öz həyətlərində dəfn etdikdən sonra məzarın üzərini betonla bağlayıblar.

– 1895-ci ildə İngiltərədə dünyaya gələn Ceyn Cinni Bunford 2,41 sm-lik boyu ilə ölkənin ikinci nəhəng insanı olaraq İngiltərə tarixinə düşüb. O, eyni zamanda, dünyanın ən uzunboylu qadını ünvanına da sahib olub. 1922-ci ildə dünyasını dəyişən Ceyn XX əsrin ən sirli nəhəngi hesab olunub. Belə ki, həm yaşadığı müddətdə, həm də ölümündən sonra onun haqqında heç bir məlumat almaq mümkün olmayıb. 2001-ci ildə adı Ginnesin Rekordlar kitabına daxil edilən Ceynin təkcə skeletinin şəkli və ölüm kağızı çap olunub.

 

– 1846-1888-ci illərdə yaşamış kanadalı Anna Halninq Svan 6 yaşı olanda 1, 57 sm boyu olub.
 Müğənni və aktrisalıq bacarığı olan Anna 17 yaşında olarkən Nyu-York muzeyində işləməyə başlayıb. O, 1871-ci ildə özündən 13 sm hündür olan Martin Van Buren ilə ailə həyatı qurub. Bu ailə dünyanın ən uzun cütlüyü kimi tanınıb. 42 yaşı Anna dünyasını dəyişdiyi zaman boyu 2, 27 sm olub.

– “Nəhəng Vikinq” olaraq tanınan Cohan Peturson 1913-1984- cü illərdə İslandiyada yaşayıb. 2, 34 sm boyu, 163 kq çəkisi olan Petursonun inkişafı 15 yaşına qədər normal şəkildə gedib. 17 yaşına çatanda olduqca güclü və böyük olan Cohan hətta yük maşınını da qaldıra bilib. Ancaq o, iyirmi yaşına çatanda gücsüzləşərək yeriməkdə belə çətinlik çəkib. Petursson 1984- cü ildə Dalvikdə vəfat edib.

– Çinli nəhəng Çanq Vu Qou 1845-ci ildə Pekində dünyaya gəlib. 19 yaşında olarkən boyu 2, 36 sm olan Çanq Çin imperatorunun əhatəsində yaşayıb. İngiltərəyə gedən Çanq orada böyük maraqla qarşılanıb və bundan sonra Avropada qalmağa qərar verib. İnsanlar milli geyimdə olan bu nəhəngi görmək üçün pul ödəməyə hazır olublar. Çanq 36 yaşı olanda dünyanın ən məşhur şousundan təklif alır və ən çox pul qazanan şoulardan birinin simasına çevrilib. Avropada yaşadığı müddət ərzində ingilis, fransız və alman dillərini öyrənən Çanq Avstraliyada tanış olduğu ingilis Katerina Snatli ilə evlənib. Bir müddət Çində yaşayan cütlüyün iki oğlu dünyaya gəldikdən sonra İngiltərəyə köçüb orada yaşamağa başlayıblar. 1893- cü ildə Katerinanın ölümü Çanqı dərindən sarsıldır və 4 aydan sonra 52 yaşında o da vəfat edir.