Tarixdəki bəzi ilklər

İlklər hər zaman maraqlıdır. Hər bir ilkin müəyyən tarixi və yaradıcısı vardır. Yarandığı zamana, məkana görə ilklər öz son versiyasından sadəliyi, qədimiliyi ilə fərqlənir. Hətta bəzən ilklər xüsusi olaraq qorunub saxlanılır. Tarixdə bir çox ilklər mövcuddur. Onlardan bəzilərini sizlərə təqdim edirik

* 1592-ci ildə ilk dəfə cisimləri 30 dəfəyə qədər böyüdə bilən  teleskop yaradılıb.

* Dünya təhsil sisteminə imtahanları ilk dəfə 1792-ci ildə William Farish gətirib.

* Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlanıb.

* Dünyada ilk avtobus 1829-cu ildə istehsal olunub.

* İlk fen maşını 1890 da Fransız bərbər Alexandre Godefoy tərəfindən icad edilib. 1925-ci ilə aid taxta saplı bu fen alüminiumdan düzəldilmiş və iki istilik nizamına sahibdir.

* Selfinin ortaya çıxmasından uzun müddət əvvəl Robert Kornelius kamera quraşdırıb və Filadelfiyada yerləşən zavodunda dünyada ilk avtoportret çəkib. Bu foto 186 il bundan əvvəl 1839-cu ildə çəkilib.

* İlk prezident fotosu  ABŞ-ın 6-cı prezidenti Con Kuinsi Adamsın  fotosudur .Foto 1843-cü ildə, Adams 1829-cu ildə prezident postunu tərk etdikdən sonra çəkilib. ABŞ-ın hakimiyyətdə olarkən fotoda əks olunan ilk prezidenti isə 1849-cu ildə ölkənin 11-ci prezidenti Ceyms Polk olub.

* Cəmiyyət içində siqaret çəkən ilk qadın 1858-ci ildə Qlerman Tonner olub.

* İlk rəngli foto riyaziyyatçı-fizik Ceymson Klerk Maksvell tərəfindən çəkilib və 1861-ci ildə onun mühazirəsində təqdim edilib.

* İlk ildırım fotosu 1882-ci ildə fotoqraf Uilyam Cenninqs tərəfindən çəkilib.

* Dünya neft tarixində 1884-cü ildə ilk dəfə vurma üsulu qazmadan istifadə olunub. Bu hadisə sonralar ümumdünya neft elmində “Bakı üsulu” adı ilə məşhurlaşıb.

* İlk müasir olimpiya oyunları  1896-cı ildə  Afinada keçirilib.

* İlk tozsoran 1906-cı ildə yaradılıb.

* İlk “Atalar günü” 1910-cu ildə ABŞ-ın Vaşinqton ştatının Spokeyn şəhərində qeyd edilib.

* İlk supermarket 1912-ci ildə ABŞ-da açılıb.

* Avtomobildə ilk dəfə naviqasiya cihazından italyanlar istifadə edib. Belə ki, 1930-cu ildə avtomobillərdə istifadə edilən “Iter Avto” adlı naviqasiya cihazı indiki kimi peyk vasitəsilə deyil, xəritə və kompas vasitəsilə çalışırmış.

* Tavanda ilk dəfə “lyuk”dan istifadə edilən avtomobil 1937-ci ildə istehsal edilən “Nash Motor Company” şirkətinə məxsus olub. Daha sonra, yəni 1938-ci ildə isə Amerika modeli “Dodge” bu ardıcıllığı davam etdirib.

* İlk vertolyot İqor Sikorski tərəfindən 1939-cu ildə icad edilib.

* Kosmosdan çəkilmiş ilk foto 1946-cı ilə aiddir.

* Dünyada ilk qadın prezident İzabel Mariya Estela Martines de Peron 1974-1976-cı illərdə Argentina prezidenti olub.

* Dünyada ilk suda üzən evlər şəbəkəsi Ərəb Əmirliyində qurulub. Təxminən 60 belə ev mövcuddur.

* 1960-cı illərə qədər uzanan e-poçt ilk dövrlərdə məlum olduğu kimi məhdud çərçivədə istifadə edilirdi. 1970-ci ildə yaradılan və bu gün istifadə etdiyimiz e-poçtu kəşf edən isə Ray Tomlinson adlı kompüter mühəndisi olub.  Tomlinson ilk e-maili 1971-ci ildə göndərib.

Yaqut Ağaşahqızı, “İki sahil”