“Tarix yazan Sərkərdə 60 il”

342

Bu gün Mingəçevir Heydər Əliyev Mərkəzində, Möhtərəm Cənab Ali Baş Komandanımızın  “Tarix yazan Sərkərdə 60 il” mövzusunda tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra dünya liderlərinin Cənab Prezidentimizin ad günü ilə bağlı söylədikləri fikirlər videoçarxla nümayiş olunub.

Tədbiri  CEN Oroduction üzvü Nahid Musayev açıq elan edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edilib, ərazi bütövlüyümüz təmin olunub, xalqımızın 30 illik Vətən həsrətinə son qoyulub. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırıb və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrilib.

Daha sonra gənc şair, mərkəzin əməkdaşı  Emil Xanlarovun Cənab Prezidentə həsr etdiyi “Xalqın Xidmətçisi-Dəmir Yumruq” kitabından danışılıb. Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdləri  “Xalqın Xidmətçisi-Dəmir yumruq” kitabından  şairin “Qələbə” və “Sərkərdə”  şeirlərini  səsləndiriblər. Tədbirdə həmçinin  Mingəçevirin məktəb direktorlarından Anar İsmayılov, Nailə Məmmədova, Ceyhun Atayev, Xurşud Zamanova da iştirak ediblər.

 

Sonda “Dəmir yumruq “ tortu kəsilib.

Esmira Hidayətova, Mingəçevir