Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, yanvarın 17-18-də bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili isə yanvarın 27-dən 31-dək olan günləri əhatə edir. azərtac