Təqaüd alan müharibə əlillərinin sayı 902 nəfər artıb

0
307

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda təqaüd alan müharibə əlillərinin sayı 21 min 325 nəfər olub. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara görə,bu şəxslərin 14 min 636 nəfəri Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlar, 3 min 480 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardı.

Müharibə əlillərinə verilən təqaüdün bir nəfərə düşən orta məbləği 154 manat 57 qəpik olub. Son bir il ərzində, yəni ötən ilin iyul ayının əvvəlindən ötən dövrdə təqaüd alan müharibə əlillərinin sayı 902 nəfər artıb. Bu dövürdə Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanların sayı 785 nəfər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanların sayı isə 164 nəfər artıb.