“Təmiz sahil” layihəsinin icrasına başlanılıb

519

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi X qrant müsabiqəsinin qalibi Kamal Əhmədovun “Təmiz sahil” layihəsinin icrasına başlanılıb.

 

Layihə çərçivəsində iştirakçılara ekologiya və ətraf mühitlə bağlı bir sıra vacib nəzəri və praktiki biliklər veriləcək. Layihə zamanı ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan gənclərlə 3 günlük təlimlərin keçirilməsi nəzərdə tutulub. Əsas istiqamətlər isə ekoloji problemlər və onların aradan qaldırılması yolları, regionlarda, xüsusilə, Mingəçevir şəhərində ekoloji təmizlik problemi və bu kimi digər mövzular olacaq.

Üç günlük təlimlərdən sonra isə iştirakçılarla birlikdə Mingəçevir su anbarının sahilində təmizlik aksiyasının keçirilməsi planlaşdırılır. Layihədə fərqlənən iştirakçılar sertifikatlarla təltif ediləcək.

Esmira Hidayətova, Mingəçevir