Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Azərbaycan Respublikasının Füzuli rayonunun ərazisində, Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi, polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi, polkovnik-leytenant Dan Harvey (İsveçrə) nəzarət edəcəklər.