Təməlqoyma sentyabrın 20-də baş tutacaq

0
478
Sentyabrın 20-si Bakıda “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi layihəsi üzrə təməlqoyma mərasimi baş tutacaq. Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. “Bu addım “Şahdəniz” qazının “Səngəçal” terminalından Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutur”, – deyə R. Abdullayev bildirib.
 

ARDNŞ prezidenti əlavə edib ki, 2015-ci ilin əvvəlində Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək: “Artıq bununla bağlı planlaşdırılma, geologiya işləri aparılır. Lazımi tenderlər elan olunub. Tikinti və yaşayış üçün düşərgələr salınıb. Aprelin ilk günlərindən isə artıq sahə işlərinə başlanacaq”, – deyə R. Abdullayev qeyd edib.

 

ARDNŞ ayın sonuna qədər DESFA-nın səhmlərinə sahib ola bilər

Rövnəq Abdullayev həmçininm bildirib ki, bu ayın sonuna qədər Dövlət Neft Şirkəti Yunanıstanın dövlət qazpaylayıcı şirkəti DESFA-nın 66% səhmlərinin alınması ilə bağlı Avropa İttifaqı tərəfindən sazişin imzalanacağına ümid edir. “Avropada bu cür sazişlərin əldə olunması uzun prosesdir. Burada Yunanıstan tərəfinin razılığı ilə bərabər, Avropa İttifaqının də razılığı olmalıdır. Hesab edirik ki, DESFA-nın səhmlərinin ARDNŞ tərəfindən əldə olunması proseduru sentyabr ayının sonuna qədər yekun qərar veriləcək”.

 

Xatırladaq ki, ötən il dekabrın 21-də ARDNŞ  ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66%-nin alınması üzrə Yunanıstan tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. DESFA şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here