Təltifsiz qalmış Sevgilimiz  

251

 

I Qarabağ müharibəsi zamanı 703 saylı hərbi hissəinin tərkibində döyüş yolu keçmiş Sevgili (cəbhə yoldaşları ona Sevil deyə müraciət edirdilər) Rəsulova saytımıza  müraciət edib.

I qrup Qarabağ qazisi bildirir ki, 20 Yanvar hadisələrindən beş gün sonra könüllü olaraq vətənpərvər azərbaycanlı oğulların cərgəsində o da cəbhəyə yollanıb. Torpaqlarımızın işğalına, mənfur ermənilərin əlində qalmasına dözə bilməyib. Namus, qeyrət məni boğurdu deyir: ”Başımızın aşağı olmasını qəbul edə bilmirdim. Müstəqilliyimiz, azadlığımız mənim üçün dünyada ən qiymətli sərvət idi”.

Sevgili xanım qeyd edir ki, döyüş illərinbdə 3 dəfə yaralanıb. Belə ki, o, 1992-ci ilin martın 26-27-də Xocalı döyüşlərində mühasirəyə düşüb yaralanıb. İkinci dəfə həmin ilin 30 iyulunda Ağdərə, üçüncü dəfə isə Laçın rayonu uğrunda gedən döyüşlərdə yaralanıb, 16 dəfə əməliyyat olunub. Qarabağ qazısı sağlamlığının bərpası üçün Mingəçevirdəki mənzilini, bağ sahəsini sataraq əməliyyat olunmağına sərf edib. Hazırda o, Bakı şəhərindəki mənzillərin birində kirayənişindir.

 

Qeyd edək ki, Azərbaycanın nicatını ümumilli lider Heydər Əliyevdə görən bu xanım onun ikinci dəfə hakimiyyətə gəlməsi uğrunda siyasi mübarizəyə də qoşulub. Üstəlik, minlərlə insanla ünsiyyət yaradaraq onun hakimiyyətə gətirilməsi məqsədilə 2073 imza toplayıb. Bu missiyanı o, İlham Əliyevin prezident seçkilərində də davam etdirib. Hətta dediyinə görə, 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənli ilə əgər belə demək mümkünsə kəllə-kəlləyə gəlib. Buna görə onu məhkəməyə də veriblər. Yeri gəlmişkən qeyd edək ki, Sevgili xanım müxtəlif tədbirlərdə iki dəfə Prezident İlham Əliyevlə də görüşüb.

Sevgili xanım 44 günlük II Qarabağ müharibəsinin də könüllü iştirkaçısı olub. Dediyinə görə, Füzulidən Hadruta qədər döyüş yolu keçib. Amma o, istər Birinci Qarabağ, ikinci Qarabağ savaşlarındakı xidmətlərinə görə heç bir təltifə layiq görülməyib. Görəsən, niyə?

Esmira Hidayətova, Mingəçevir