Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edilib. Belə ki, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrin təqaüdü 120 manat olacaq.
Magistratura səviyyəsi üzrə tələbələrin təqaüdləri aşağıdakı kimi müəyyənləşdirilib:
1. Akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat.
2. Akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat.
3. Akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat.
Bakalavriat səviyyəsi üzrə:
1. Akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat.
2. Akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat.
3. Akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat.
Orta ixtisas təhsili müəssisələrində:
1. Akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
2. Akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
3. Akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.
Sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.