Təhsil şöbəsi Vətən müharibəsində iştirak edən təhsil işçilərini təltif edib

156

Bu gün Mingəçevir şəhər Təhsil şöbəsində pandemiya şəriatinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda – Vətən Müharibəsində iştirak edən Mingəçevir şəhər təhsil işçiləri ilə Şəhər Təhsil Şöbəsinin müdir səlahiyyətlərini icra edən Zamik Cəbiyev görüş keçirib.

Məlumat üçün bildiririk ki, Vətən müharibəsində Mingəçevir təhsil işçilərindən 4 nəfər Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri, 1 nəfər fizika müəllimi və 1 nəfər texniki işçi olmaqla ümumilikdə 6 nəfər iştirak edib. Onların hər biri tərxis edilərək sağ-salamat geri qayıdıb.

Vətən müharibəsində iştirak etmiş hər bir həmkarına təşəkkür edən Zamik Cəbiyev onlara   can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayıb. Mingəçevir ŞTŞ-nin rəhbərliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri təltif edilib.

 

Esmira Hidayətova, Mingəçevir