Təhsil Nazirliyindən koronavirusla bağlı açıqlama

0
185

Koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Yanvarın 30-dan başlayaraq Nazirlər Kabineti tərəfindən müvafiq dövlət strukturlarına tapşırıq verilmişdi. 24 fevraldan Təhsil Nazirliyinin rayon və təhsil şöbələrinə müvafiq məktublar göndərilib.

alpaninfo.com APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb, növbəti günlərdə də davam edəcək:

“Təhsil Nazirliyinin aparat rəhbərinin müvafiq təlimat məktubunda kütləvi tədbirlərin məhdudlaşdırılması da qeyd edilib. Fevralın sonunda 7 gün 24 saat fəaliyyət göstərən qaynar xəttə yaradılıb, əmrə uyğun olaraq bütün təhsil müəssisələrində koronavirusun profilaktikası ilə bağlı məlumatların çatdırılması tapşırılıb. Bu günlərdə ən çox müzakirə olunan məsələ Təhsil müəssisələrinin bağlanması məsələsidir. Bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur, bununla bağlı hər hansı qərar olarsa və ya müvafiq tapşırıq olarsa bu barədə məlumat veriləcək”.