Prezident İlham Əliyev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş və Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, təhsil müəssisələrinin maddi-texniki təminatı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə müxtəlif şəhər və rayonlarda 3000-dən çox məktəbdə tikinti, əsaslı təmir-bərpa və yenidənqurma işləri uğurla aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmişdir.
Sərəncamda qeyd edilir ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında cəmi 1332 şagird yerlik modul tipli 22 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 6 870 000 (altı milyon səkkiz yüz yetmiş min) manatı Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
Sıra
№-si |
Təhsil müəssisələrinin adları | Ayrılan vəsait |
1 | Xaçmaz rayonu Alıcqışlaq kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
2 | Xaçmaz rayonu Qaracəlli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 425 000 |
3 | Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 285 000 |
4 | Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 260 000 |
5 | Quba rayonu Nütəh kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 230 000 |
6 | Quba rayonu Cimi kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 390 000 |
7 | Quba rayonu Dərk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
8 | Quba rayonu Rük kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
9 | Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 260 000 |
10 | Quba rayonu Çarxaçı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
11 | Quba rayonu Qarxun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
12 | Quba rayonu Zıxır kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 330 000 |
13 | Qusar rayonu Ləcət kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
14 | Qusar rayonu Zindan-Muruq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
15 | Qusar rayonu Yeni Həyat kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 425 000 |
16 | Qusar rayonu Yuxarı Tahircal kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
17 | Şabran şəhər 1 nömrəli 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
18 | Şabran rayonu Xəlfələr kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
19 | Şabran rayonu Qazbabalı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 230 000 |
20 | Siyəzən rayonu Qalaaltı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 180 000 |
21 | Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
22 | Xızı rayonu Xələc kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 262 000 |
Cəmi | 6 870 000 |