“Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb

367

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə 22 yanvar 2019-cu il tarixində Aytac Abdullayevanın “Təhlükəsiz şəhərim” layihəsinin təlimlərinə başlanılıb. Təlimdə çıxış edən layihə rəhbəri gənclərə layihə haqqında məlumat verib.

 Mingəçevirdə yaşayan və təhsil alan gənclərin iştirakı ilə keçirilən təlimin ilk günündə layihə iştirakçılarına yol hərəkəti qaydaları və ümumilikdə yollarda təhlükəsizliyi təmin edən müxtəlif yol nişanları haqqında məlumat verilib, sosial videoçarxlar göstərilib. Layihənin keçirilməsində əsas məqsəd gəncləri yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq, onlarda yüksək yol mədəniyyətini formalaşdırmaqdır.

Təlimin növbəti günündə layihə çərçivəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarının izahı nəzərdə tutulub. Üç gün davam edəcək təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar veriləcək.

Esmira Hidayətova