Təhlükə saçan elektirik naqilləri

497

Mingəçevir şəhərinin bəzi küçələrindəki elektirik naqillərində tez-tez qısaqapanmalar baş verir. Belə hallar da yanğınlarla nəticələnir. Misal üçün, bu günlərdə belə hadisə Vəli Hüseynov 13\62 ünvanında yaşanıb. Yaxşı ki, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları vaxtında hadisəyə müdaxilə etməklə baş verəcək faciənin qarşısını alıblar. Araşdırmalar zamanı məlum olub ki, M. Maqamayev küçəsindəki transfarmatordan üzüaşağı çayxana üçün çəkilmiş 250 voltluq elektirik naqilinin üstü açıqdır. Qeyd edək ki, bu hadisədən 3 gün sonra N. Rəfibəyli küçəsində də belə bir hadisə təkrarlanıb. Belə ki, binanın kənarı ilə çəkilmiş elektirik naqilləri alışıb (Onu da xatırladaq ki, hətta V.Hüseynov 14 ünvanında yaşayan sakinin pəncərəsinin qarşısında sallanmış vəziyyətdə qalan elektirik naqili hər an təhlükə mənbəyi saçır). Lakin nədənsə baş verən bu kimi hadisələrdən nə çayxananı işlədən sahibkar, nə də əlaqədar təşkilatları bir nəticə çıxarmırlar.
Esmira Hidayətova