Sürücülük vəsiqələri ilə bağlı yenilik

0
271

“Yol hərəkəti haqqında” Qanununa dəyişikliklər edilib. Bu barədə Baş nazir Novruz Məmmədov qərar verib.

Qərarda qeyd edilir:

1. “Sürücülük vəsiqəsinin təsviri” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Sürücülük vəsiqəsinin spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə).

4. Traktorları və kənd təsərrüfatı texnikası hesab edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin.