Paytaxtın ictimai nəqliyyat sektorunda əmək haqqı sisteminə keçid gələn ilin əvvəllərində reallaşacaq. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, kart-ödəniş sisteminin tam tətbiqinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. | |
Birinci Avropa Oyunlarınadək ictimai nəqliyyatda nağd ödəniş aradan qaldırılacaq. Bu isə sürücülərin əmək haqqı sisteminə keçidini sürətləndirməyə imkan yaradacaq. Sahibkar bu gün sürücü ilə müqaviləni gündəlik hesablaşma əsasında bağlayır. Kart-ödəniş sisteminin tam tətbiqindən sonra tərəflər arasında əmək müqaviləsi imzalanacaq və sürücüyə konkret maaş təyin olunacaq. Əmək haqqı marşrutun gəlirliliyi, iş rejimi nəzərə alınmaqla sahibkar tərəfindən müəyyənləşdiriləcək. |