Suriya ordusu ABŞ-ın raketlərini niyə vura bilməyib

434

Terrorçular Suriyanın havadan müdafiə sisteminin 50 faizindən çoxunu məhv ediblər, buna görə də ordu ABŞ-ın Şayrat aviabazasına buraxdığı raketləri vura bilməyib. Bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, istənilən raketi vurmaq texniki baxımdan çətindir: “Bunun üçün ölkəmizin istənilən nöqtəsini göstərə biləcək radar olmalıdır. Bu, relyefi nəzərə alsaq mümkünsüzdür. Bildiyiniz kimi qanadlı raketlər radarlardan gizlənmək üçün relyefdən istifadə edirlər. Ölkənin istənilən nöqtəsini görmək üçün çox güclü sistem lazımdır. Bu, raketləri vurmağa imkan verər. Bu, birinci səbəbdir”.

B. Əsəd ikinci səbəb kimi terrorçuların fəaliyyətlərinin başlanğıcında Suriyanın havadan müdafiə sistemini məhv etməsini göstətib: “Havadan müdafiə sistemi obyektlərinin böyük hissəsi şəhər ətrafında yerləşir. Böhran zamanı həmin obyektlər xeyli zərər görüb. Buna görə də belə raketlərin vurulmasına təsir edə biləcək çoxlu amillər var”.

Xatırladaq ki, ABŞ aprelin 7-də gəmilərdən buraxdığı qanadlı raketlərlə Hums vilayətinin Şayrat aerodromuna zərbələr endirib. Pentaqonun məlumatına görə, ümumilikdə 59 raket buraxılıb. ABŞ həmin aerodromdan İdlib vilayətinə kimyəvi hücümun edildiyini əsas gətirərək raket zərbələri endirib.