Sürət doğrudan da yalnız ömrü qısaldır, yol isə yarımçıq qalır”.

412

Ötən gecə İsmayıllı rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən 7 nəfərin şəxsiyyəti dəqiqləşdirilib. Muğanlı-Qəbələ avtomobil yolunun Topçu kəndindən keçən hissəsində Şəki rayon sakini 53 yaşlı Abbasov Rahim Sərkər oğlunun idarə etdiyi 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” ilə Böyük Britaniya vətəndaşı 1965-ci il təvəllüdlü İnqland Vilyam Henrinin sürdüyü 99-AL-238 dövlət nömrə nişanlı “Toyota Prado”nun toqquşması nəticəsində ölən 7 nəfərdən 6-sı iki ailənin üzvü olub. Belə ki, toqquşma nəticəsində “Opel”in sürücüsü ilə yanaşı, sərnişinləri: 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, onun 14 yaşlı oğlu Sahib Bayramov, 11 yaşlı oğlu Cavid Bayramov, eləcə də 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, onun 19 yaşlı qızı Rufanə Kərimli və 16 yaşlı qızı Turanə Kərimzadə vəfat edib.

Hadisəyə yolun sürüşkən olması şəraitində sürət həddinin düzgün seçilməməsinin səbəb olduğu bildirilir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hadisəyə münasibət bildirib və səbəbləri ilə bağlı ehtimallarını səsləndirib: “Dünən axşam İsmayıllı ərazisində baş verən qəza çox sarsıdıcıdır. İki minik avtomobilinin toqquşduğu bir qəzada 7 nəfərin ölməsi çox ağırdır. Bu avtobus və qatar qəzasına xas itkidir. Ölənlərə Allah rəhmət eləsin, yaxınlarına səbr diləyirəm.

Amma bu qəzada ümumiləşdirilə bilən xeyli qanunauyğunluqlar var.

1. Qəzada ölənlərin olduğu avtomobil 7 sərnişin yerlik minivendir. Hamı bilir ki, bunların əksəriyyətini “xalturşiklər” sürürlər. Bu hadisədə ölən sürücünün ruhunu incitmədən (ola bilər ki, rəhmətliyin günahı olmayıb) öz müşahidələrimə əsasən deyirəm ki, əsasən rayonlararası “xaltura” edən bu avtomobillərin sürücülərinin əksəriyyəti heç bir qayda-filan tanımır. Ölkəmizin ən təhlükəli sürücüləri sırasındadırlar.

2. Avtomobil özü də təhlükəsizlik baxımından zəifdir. Onlar daha diqqətlə, daha təhlükəsiz idarə edilməlidir. Onlarala sərt manevrlər həmişə təhlükəlidir.

3. Hadisənin baş verdiyi yer iki zolaqlı yoldur, döngələri və məhdud görünən yerləri var. Belə yolda ötmə mümkün olmur. Ona görə daha diqqətli olmaq lazımdır, çünki həmişə intensiv hərəkət var, xırda səhv etsən, üz-üzə toqquşacaqsan.

4. Hələ də sürüclərimiz sürətin nə olduğunu bilmirlər və bilmək də istəmirlər. Nəticədən aydındır ki, bu qəzada yüksək sürət olub. Sürət doğrudan da yalnız ömrü qısaldır, yol isə yarımçıq qalır”.