“Sumqayıt” daha yaxşı nəticələrə imza ata bilər”

585

Topaz Premyer Liqasına uğurla başlayan lakin, sonradan qələbələrinin davamını gətirə bilməyən klublardan biri də “Sumqayıt” komandasıdır. İlk beş turda səfərdə “Xəzər Lənkəran” və “Ba-kı”ya, evdə isə “Araz Naxçıvan”a qalib gələn “Sumqayıt” komandası liderlər mövqeyində qərar-laşdı. Artıq hər kəs “Sumqayıt” klubunu 2014-15 futbol mövsümünün sürpriz komandası adlan-dırırdı. Təəssüflər olsun ki, cari mövsümün 6-cı turundan etibarən “Sumqayıt” kollektivinin eniş dövrü başladı. Sırasıyla “Azal”, “Simurq”, “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” komandalarına məğlub olan sumqayıtlılar turnir cədvəlinin son pillələrinə yuvarlandı. Komandanın uğurlu star-tı, eniş dövrü, gələcək planları barədə suallara cavab tapmaq üçün “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovla əlaqə saxaladıq.

– “Sumqayıt” futbol klubunun təlim məşq toplanışı necə gedir? Siz ölkə xaricinə çıxmadınız, hazırlığın sonuna qədər Bakıda qalacaqsınız?

– Yanvar ayının 13-dən komanda bir araya gəlib. Novxanıda oteldə məskunlaşmışıq. Məşqimizi isə Sumqayıt şəhərində davam etdiririk. Hava şəraiti Bakıda məşq keçməyimiz üçün tam əlveriş-lidir.

– Heyətinizdə zədəli futbolçular varmı? Tam heyətlə məşq edə bilirsinizmi?

– Allaha şükürlər olsun ki, komandamızın heyətində zədəli futbolçu yoxdur. Məşqlərimizi bütün kollektivin iştirakı ilə edirik.

– Bir ara mətbuatda Tərzin Cahangirov və Uğur Pamukun “Sumqayıt”a qayıtdığı barədə məlu-matlar yayıldı, amma sonradan bu futbolçular barəsində heç bir informasiya verilmədi… Nə təsdiq olundu, nə də təkzib. həqıqət necədir?

– Tərzin Cahangirov artıq bizim düşərgədədir. O, komanda ilə birgə məşqlərə başlayıb. Uğur Pa-muk isə hələ gəlməyib. Uğur yanvar ayının sonlarında komandamıza qoşulacaq. Bizə yeni qoşu-lanlardan biri də Pərdis Azaddır. O artıq bizim məşq proseslərində iştirak edir.

– Bu futbolçulardan başqa komandaya yeni futbolçular cəlb etməyi düşünürsünüzmü? Komanda-dan gedən futbolçular olacaqmı?

– “Sumqayıt” futbol klubunu tərk etməli olan oyunçular artıq gediblər. Bundan sonra komandadan gedən oyunçu olmayacaq. Yeni futbolçulara gəldikdə isə, böyük ehtimalla komandaya başqa oyunçu gətirilməyəcək. Öz əvəzedici komandamızda çıxış edən bir neçə futbolçunu komandaya cəlb etmişik. Çalışacağıq ki, cavanlara şans verək.

– “Sumqayıt” futbol klubu 2014/2015 futbol mövsümünə çox yaxşı başladı. İlk turlarda xeyli xal topladı və Topaz Premyer Liqasının liderlərindən birinə çevrildi. Hazırda isə 15 xalla səkki-zinci sırada qərarlaşmısınız. Komanda da nə baş verdi?

– Topaz Premyer Liqasının ötən turlarında elə oyunlar oldu ki, sadəcə bəxtimiz gətirmədi. Bəlkə də futbolçuların ustalıq səviyyəsi çatmadı. Ötən 16 turda çempionatımızın liderləri ilə başabaş oyun oynadıq, amma sonda məğlub olduq. Mən 16 oyunun heç birindən narazı qalmadım. Sadə-cə nəticələr daha da yaxşı ola bilərdi.

– Yanvar ayının 30-da Topaz Premyer Liqasının növbəti turuna start veriləcək. “Sumqayıt” ko-mandası daha yaxşı nəticələr əldə etmək üçün hansı işləri görür?

– Bizim müdafiəmizdə problemlər var. Onu aradan qaldırmalıyıq. Hazırki təlim-məşq toplanışı-mızda əsas üstünlüyü müdafiə xəttinə yönəltmişik. Müdafiəmizi daha da gücləndirmək istəyirik. Bu yöndə futbolçularımızla həm fərdi, həm də kollektiv şəklidə işlər aparılır.

– “Bakı” klubu ilə yoxlama oyunu oynadınız və 5:1 hesabı ilə qalib gəldiniz. Bu oyun barədə nə deyərdiniz?

– 5:1 hesabı aldadıcı da ola bilər. Bu hesab o demək deyil ki, “Sumqayıt” klubu “Bakı”dan beş baş güclüdür. Bu nəticəyə görə “Bakı” klubunu çox zəif adlandırmaq da olmaz. Sadəcə olaraq bu oyunda biz əlimizə düşən qol imkanlarından maksimum dərəcədə yararlandıq. Topaz Premyer Li-qasının ötən turlarında vura bilmədiyimiz qolları biz “Bakı”ya vurduq. Sözün düzü, mənim üçün nəticə önəmli deyil. Mənim üçün əsas olan komnadadakı çatışmazlıqları görmək idi. Bu oyuna komandamı tam təhlil edə bildim. 5:1 qələbə qazanmağımıza baxmayaraq, bu oyunda səhvləri-miz də oldu. “Sumqayıt” komandasının baş məşqçisi kimi, bu səhvləri görüb qeydlərimi apar-dım.

– Premyer Liqa komandalarının əksəriyyəti Türkiyənin Antalya şəhərində toplanışıbdır. AZAL komandası ilə iki yoxlama görüşü keçirməyinizin səbəbi budur? “Sumqayıt” komandası yoxlama görüşü üçün komanda tapmağa çətinlik çəkirmi?

– Biz Antalyaya getsəydik belə, orada 10 gün qalmağı düşünürdük. Bu müddətdə isə 4 oyundan artıq oyun keçirmək mümkün deyil. 10 gün ərzində maksimum 4 yoxlama oyunu keçirmək olar. Bakıdakı toplanışımızda da biz 4 oyun keçirməyi planlaşdırırdıq. Bir oyunumuzu artıq oyna-mışıq. Yanvarın 17-də və 19-da AZAL, 23-də isə birinci dəstə təmsilçisi “Zirə” komandası ilə yoxlama görüşü keçirəcəyik.

– “Sumqayıt” futbol klubu təlim məşq toplanışını nə vaxt bitirəcək?

– “Zirə” ilə oyundan sonra toplanışımızı yekunlaşdırmağı düşünürük. Bundan sonra Topaz Premyer Liqasının oyununa hazırlıqlarımızı davam etdirəcəyik. Rəqibimiz çempionatın iddialı kollektivlərindən olan “İnter” komandasıdır. Yanvarın 30-da Bakıda keçiriləcək bu oyuna ciddi səylə hazırlaşacağıq.

– 19 yaşlı futbolçunuz Budaq Nəsirov haqqında düşüncələriniz nələrdir?

– Budaq Nəsirovun güclü futbolçu olması üçün yaxşı prespektivi və potensialı var. Amma Nəsi-rov öz üzərində daha çox çalışmalıdır. Yəni Budaq Nəsirovun Azərbaycan futbolunun gələcəyinə faydalı olması özündən asılıdır. Biz onu Azərbyacan futboluna qazandırmaq üçün əlimizdən gələni əsirgəmirik.

– Qış fasiləsindən sonra “Sumqayıt” klubunun əsas məqsədi nədir?

– 2014/2015 Topaz Premyer Liqasının startında da mən demişəm ki, bizim əsas məqsədimiz keçən ilki nəticlərimizi daha da yaxşılaşdırmaqdır. Keçən ilin dekabr ayı ilə bu mövsümün deka-bırını müqayisə etsək bizim indiki nəticlərimiz daha yaxşıdır. Ancaq mən  belə düşünürəm ki, “Sumqayıt” kollektivi daha yaxşı nəticələrə imza ata bilər. Bu bizim üçün son hədd deyil. Nəticə qazanmaq üçün  təkcə yaxşı futbol oynamaq yox, həm də xal toplamaq lazımdır. Xal toplamaq və turnir cədvəlində irəlləmək üçün isə Topaz Premyer Liqasının oyunlarında qələbə qazanmaq lazımdır. Bizim də əsas istəyimiz və məqsədimiz turnir cədvəlindəki mğvqeyimizi yaxşılaşdır-maqdır.